Среда
апр 27

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycanda ilin əvvəlindən ölkə əhalisinin sayı 8098 nəfər və ya 0,07% artaraq 2022-ci il mart ayının 1-nə 10 164 464 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən BiG.AZ-a verilən məlumata görə, hesabat dövründə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.
Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub.
Məlumata görə, hazırda ölkədə orta hesabla hər 1000 kişiyə 1001 qadın düşür.

Комментарии (0)

Оставить комментарий