16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Pensiya ilə bağlı VACİB QƏRAR: Bu uşaqlara müavinət...

Pensiya ilə bağlı VACİB QƏRAR: Bu uşaqlara müavinət...
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa müavinət digər sosial ödənişlərdən asılı olmayaraq təyin ediləcək.
Bu, "Sosial müavinətlər haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, "Sosial müavinətlər haqqında" qanunda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə müəyyən edilmiş müavinətin təyinat məqsədi onların sağlamlıq imkanlarının məhdudluğunun yaratdığı çətinliklərin həllinə dəstək verilməsi üçün maddi təminatıdır. Ailə başçısının vəfatı ailə üçün əlavə maddi çətinliklər yaşatdığı üçün "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli qanun ilə sözügedən qanuna edilmiş dəyişikliklə onların həmin müavinəti ailə başçısını itirməyə görə müavinətlə yanaşı almaq hüququ müəyyən edilib.
Lakin ailə başçısının kifayət qədər sosial sığorta stajının olması səbəbindən ailənin əmək pensiyası hüququ yarandığı halda sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar təyin edilmiş müavinətin ödənilməsi dayandırılır. Bu da həmin kateqoriya şəxslərin, ümumilikdə ailənin maddi təminatının aşağı düşməsinə və haqlı narazılığına səbəb olur.


Bu problemin həlli məqsədilə təklif edilən dəyişiklik sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa müavinətin digər sosial ödənişlərdən asılı olmayaraq təyin edilməsini nəzərdə tutur./Baku.ws


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница