
27
марта
2022
15:38
Bakıda küləkli havanın nə qədər davam edəcəyi AÇIQLANDI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, martın 27-si səhərdən 30-u səhərədək ölkə ərazisində küləkli hava şəraiti davam edəcək.
Cənub-qərb, qərb küləyinin əsəcəyi, sürətinin arabir saniyədə 15-20, bəzi yerlərdə 23-28 metr olacağı, martın 28-i gecə və səhər ayrı-ayrı yerlərdə arabir saniyədə 30-33 metrədək güclənəcəyi proqnozlaşdırılır.