16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Füzulidə minaya düşən gəncin son durumu açıqlandı

Füzulidə minaya düşən gəncin son durumu açıqlandı
Füzuli rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində ötən gün minaya düşən Vüqar Zülfüqarlının son durumu açıqlanıb.
BiG.AZ Milli.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində o, sol pəncəsindən qəlpə yarası alıb və fəqərəsi sınıb.
V.Zülfüqarlı əvvəlcə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Orada ona ilkin tibbi yardım göstərilib. Daha sonra Bakıdakı Klinik Tibbi Mərkəzə təxliyə olunub və Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda yaralının sağlıq durumu yaxşıdır.
Qeyd edək ki, martın 23-də Füzuli rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi "SHACMAN" markalı "77-CB-134" dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb. Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница