16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda sərt karantin olacaq? - Səhiyyə nazirindən açıqlama

Azərbaycanda sərt karantin olacaq? - Səhiyyə nazirindən açıqlama
"Bu gün hər hansı məhdudlaşdırıcı addımların atılmasına zəruriyyət yoxdur. Lakin sərt karantin rejiminin olması xəstəliyin gedişatı, yoluxma sayı və xəstəxanaya yerləşdirmə ilə əlaqəli vəziyyətdən asılı ola bilər".
BiG.AZ "Report"a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, hazırda pandemiya ilə əlaqəli istifadədə olan ümumi çarpayı fondunun 20%-i, reanimasiya üzrə isə bu göstərici cəmi 10% təşkil edir:
"Ümumilikdə isə vəziyyət qənaətbəxşdir. Nəzərə almaq lazımdır ki, "Omikron" ştamına yoluxan insanlar xəstəliyi daha yüngül keçirir. Bu məlumat iki doza alan vətəndaşlara aiddir. Peyvənd olunmayanlarda xəstəlik ciddi fəsadlar törədə bilir. Artıq bir neçə şəxs reanimasiyaya yerləşdirilib. İnsanlar reallığı olduğu kimi qəbul etməlidir".
Nazir xatırladıb ki, fevralın 15-dən sonra iki doza vaksin alan və vaksinlərin vurulmasından 6 ay keçən şəxslərin peyvənd sertifikatları etibarsız sayılacaq:
"Bunu əsas tutaraq hər bir az vətəndaşı buster dozanı qəbul etməyə səsləyirəm. Kim iki doza qəbul edibsə immun sistemlərini gücləndirmək üçün buster dozanı vurdurmalıdır".


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница