16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Hərbçilərimizin baş kəsmə videosu saxta çıxdı

Hərbçilərimizin baş kəsmə videosu saxta çıxdı
Hərbçilərimizin baş kəsmə videosu saxta çıxdı


Cəbhədəki məğlubiyyətlərini həzm edə bilməyən düşmən tərəfi indi də sosial şəbəkələr vasitəsilə Azərbaycana hücuma keçməyə başlayıb. Ermənilər sosial şəbəkələrin (Facebook, Twitter, Odnoklassniki və VKontakte) Azərbaycan seqmentində ictimai rəyi çaşdırmağa yönələn təxribat xarakterli videogörüntülər və informasiyalar yaymaqla ölkəmizlə bağlı mənfi imic yaratmağa çalışırlar. Onlar bu məqsədlə guya erməni əsgərin başının Azərbaycan hərbçiləri tərəfindən "kəsilməsini” əks etdirən kadrlar hazırlayıblar.

BAKU.WS azvision.az-a istinadən xəbər verir ki, virus-video o qədər "peşəkarlıqla” hazırlanıb ki, sosial şəbəkə istifadəçiləri bu görüntüləri analiz etmədən öz profillərində paylaşırlar. Görüntülərin real kadra bənzəməsi üçün Azərbaycan dilindən də istifadə edilib. Halbuki, həmin görüntüləri dəqiqliklə izlədikdə saxtalığı məlum olur. Reallıq budur ki, hazırda geniş müzakirələrə səbəb olan "baş kəsmə” videosu ermənilər tərəfindən sosial mediaya buraxılıb, daha sonra Azərbaycan seqmentində kütləvi şəkildə paylaşılıb.

Plana uyğun olaraq erməni KİV-ləri həmin görüntüləri ictimailəşdirib, azərbaycanlıları "vəhşi”, "barbar” kimi göstərmək məqsədilə əks təbliğata başlayıblar. Onlar müxtəlif dillərdə hazırladıqları materialları yaymaqla dünyanı öz yalanlarına inandırmağa cəhd göstərirlər. Belə ki, qondarma "Dağlıq Qarabağ respublikasının ombudsmanı” Ruben Melikyan videonu paylaşaraq guya Azərbaycanda ermənifobianın olması barədə fikir bildirib.

Görünən odur ki, silahlı toqquşmalarda Azərbaycan ordusuna tab gətirə bilməyən düşmən var gücü ilə informasiya müharibəsinə köklənib və yayılan videolar bu istiqamətdə aparılan kampaniyanın tərkib hissəsidir.

Təəssüf ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi sosial şəbəkə istifadəçiləri mənbəyi bilinməyən, erməni saytlarında yayılan informasiya və görüntüləri paylaşmaqla düşmənin əlinə şans verir. Ola bilsin ki, istifadəçilər bunun fərqində deyillər. Amma reallıq budur ki, onların "fəxrlə” paylaşdıqları əksər görüntülər özümüzə qarşı işləyir. İnformasiya müharibəsinin cəbhədəki döyüşlər qədər şiddətli getdiyi vaxtda mümkün qədər belə təxribatlara uymamaq lazımdır.

Hərbçilərimizin baş kəsmə videosu saxta çıxdı


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница