16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Sayğaclarla bağlı VACİB DƏYİŞİKLİK - Baş Nazirdən YENİ QƏRAR

Sayğaclarla bağlı VACİB DƏYİŞİKLİK - Baş Nazirdən YENİ QƏRAR
Nazirlər Kabinetinin "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında" 31 may 1999-cu il və "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında" 2 fevral 2005-ci il tarixli qərarlarında dəyişiklik edib.
BiG.AZ xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra qaz paylayıcısının ("Azəriqaz") və enerji təchizatı müəssisəsinin ("Azərişıq") səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.
Səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, sözügedən qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirməli olacaqlar.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница