16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Nazirlikdən ərəb ovçularla bağlı açıqlama (RƏSMİ)

Nazirlikdən ərəb ovçularla bağlı açıqlama (RƏSMİ)



Əcnəbi ovçu turistlərin ölkə ərazisində ov edərkən Azərbaycan əhalisinin gözləntilərinə uyğun olmayan qeyri-etik davranışları ilə dəyərlərimizə hörmətsizlik nümayiş etdirmələri və qanunları pozmaları barədə KİV və sosial şəbəkələrdə yayılan məlumatlar, görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarında təhlil edilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yayılan şəkillərin və görüntülərin təhlili onu ehtimal etməyə əsas verib ki, çəkilişlərin bir qismi digər ölkələrdə lentə alınıb. Eyni zamanda, yayılan çəkilişlərdə Azərbaycan ərazilərindən də olan görüntülər əks olunub.


Qeyd edək ki, payız-qış aylarında Azərbaycan ovçularına və xarici ölkələrdən gələn ovçu turistlərə xidmət göstərən Azərbaycan şirkətlərinə, müraciət əsasında qanunvericilik çərçivəsində kvota ayrılır. Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə mahiyyət etibarilə ovçuluq fəaliyyətinin məhdudlaşdırılmasının tərəfdarıdır, lakin Azərbaycan qanunlarından irəli gələrək istər yerli, istərsə də xarici ovçular öz hüquqlarından istifadə etməkdə israrlıdır. Həmçinin beynəlxalq öhdəliklərdən, ölkəmizin qoşulduğu Konvensiyalardan irəli gələrək, o cümlədən Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli Qərarı ilə əcnəbilərə və vətəndaşlığı olmayanlara ov icazəsi verilməsi təsbit olunub.


Təhlillər göstərir ki, görüntülərdə əks olunan heyvan və quşların içərisində Azərbaycanın "Qırmızı Kitab”ına düşən növlər yoxdur. Mövcud normativlərə əsasən yerli ovçulara 1 ov günü müddətinə 6-dək, xarici vətəndaşlara 5 ov günü müddətinə 10-dək su-bataqlıq quşunun, dovşanın isə yerli ovçulara 1 baş, xarici ovçulara 2 baş ovuna icazə verilir. Xarici turist ovçular əksər hallarda qrup halında ov edir və yekunda ov qənimətlərinin toplum halında şəklini yayır. Yəni ilkin təhlillərə görə, inzibati ölçü götürülməsi üçün ciddi araşdırma aparılması tələb olunur.


Eyni zamanda, yayılan görüntülərlə əlaqədar xaricilərin ovunu təşkil edən şirkətlərin də fəaliyyəti ETSN tərəfindən təhlil olunur. Artıq turizm şirkətlərinə xəbərdarlıq edilib ki, gələn ovçu turistləri əvvəlcədən təlimatlandırsınlar, onları ölkə ərazisində təvazökar, dürüst olmağa, özlərini Azərbaycan əhalisinin gözləntilərinə uyğun aparmağa sövq etsinlər. Ovçuluq etikasına uyğun gəlməyən, davranışları ilə mənəvi-mədəni dəyərlərimizə açıq hörmətsizlik nümayiş etdirən, ölkə qanunlarını pozan ovçu-turistlərin gətirilməsi faktları aşkar olunduğu təqdirdə həmin şirkətlərlə əməkdaşlıq dayandırılacaq.


Qeyd edək ki, təkcə bu ov mövsümündə ərəb ölkələrindən gələn 16 ovçu-turist ölkənin ov qanunlarını pozduqlarına görə cərimələnib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında onların ölkədən xaric edilməsi təmin olunub.


ETSN vətəndaşlardan, konkret faktlarla bağlı məlumat olduqda, 168 nömrəli "Qaynar xətt”ə müraciət etmələrini xahiş edir.


Arzu Mirzəyeva



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница