Əlaqə nömrələri:
(055) 478-03-38
(070) 706-00-13
» » Azərbaycanın Zəfəri Ermənistanın ideoloji süqutu deməkdir

Azərbaycanın Zəfəri Ermənistanın ideoloji süqutu deməkdir

24 июль 2021, Суббота
52
0
İyul ayının 22-də Daşkəsən rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına geniş müsahibə vermişdir. Ermənilərin təxribatlarının özləri üçün pis nəticələnəcəyini bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən nəticə çıxarmayan işğalçı atəşkəsi pozmaqla psixoloji, mifoloji "xəstəliklərinin" sağalmadığını bildirir.
Müsahibədə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən, bölgədəki canlanmadan bəhs edən Prezident İlham Əliyev son günlərdə imzalanmış üçtərəfli Bəyanatın şərtlərini pozan Ermənistanın Şuşanı, Naxçıvanı, Kəlbəcəri atəşə tutmasına da münasibət bildirib. Qeyd edilib ki, ermənilər 30 il ərzində özləri haqqında olmazın yalanlar uydururdular, dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. 44 gün ərzində bu ordu məv edildi. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır və onların bütün təbliğatı mifdir.
2016-cı ilin Aprel döyüşləri, Günnüt əməliyyatları zamanı cavablarını itkiləri ilə alan Ermənistan üçün bu tarixi hadisələr də dərs olmadı. Aldıqları zərbələrdən nəticə çıxarmayaraq ötən ilin iyul ayında Tovuzda yenidən təxribat törədən və 44 gün davam edən İkinci Qarabağ müharibəsində hərb tarixində bənzəri olmayan məğlubiyyətə uğrayan ermənilərin son günlərdə yenə də atəşkəsi pozmaları siyasi həyasızlığın heç yerdə görünməyən üzqarasıdır. Vətən müharibəsində "qüdrətli orduları" Azərbaycan əsgərləri tərəfindən darmadağın edilən Ermənistanın yenidən təxribatlar törətməsi uşağın odla oynaması təsəvvürü yaradır.
Bu ilin iyun ayında keçirilən seçkilərdə qalib gələn Nikol Paşinyan sanki ötən ilin 10 noyabrında imzaladığı Bəyanatın şərtlərini unudub. Dünyanın siyasət müstəvisinin "şahmat taxtası"ndakı gedişləri təhlil edənlər, politoloqların "qaynar qazana" bənzətdikləri Cənubi Qafqazda baş verənləri istədikləri səmtə yönəltmək istəyənlərin hegemonluq niyyətlərindən xəbərdar olanlar bilirlər ki, "atəş" və "dur" əmrləri eyni mənbədən, maraqlı qüvvələr tərəfindən verilir. Paşinyan sadəcə əmr qulu kimi icraçıdır. Bu atəşkəsin bumeranq effektini dəfələrlə hiss edən işğalçının eyni vəziyyətin təkrar olunacağına da şübhəsi yoxdur. Çünki Azərbaycanın gücünü, hərbi qüdrətini dəfələrlə hiss edən Ermənistan aydın başa düşür ki, bu "atəşlər" sonda onun özünü yandırır .
İkinci Qarabağ müharibəsi başa çatsa da, maraqlı dairələrin istəklərinə uyğun hələ də sayıqlayaraq "Dağlıq Qarabağ" söyləyən Nikol Paşinyanın "status" problemini Azərbaycan birdəfəlik həll edib. Cənubi Qafqaza səfəri çərçivəsində Ermənistanda olarkən "Dağlıq Qarabağ"" və "status"", "mübahisəli ərazilər"" sözlərini işlədən Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Bakıdakı görüşlərində eyni ifadələri təkrar etməməsi Azərbaycanın dünyada möhkəmlənən mövqeyinə, diplomatiyasına və Zəfərinə ehtiram və hörmət idi.
Müsahibədə qeyd olunduğu kimi, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi Azərbaycanın mövqeyinə hörmətidir. Azərbaycan xalqının narazılığına səbəb olan və Fransada və Amerikada bu məsələ ilə bağlı reallığı əks etdirməyən bəyanatlar səslənsə belə 25 min insan üçün status yaratmağın özü məntiqə uyğun deyil.
Dövlət başçımız İlham Əliyevin "Mən deyirəm, Dağlıq Qarabağ yoxdur, status yoxdur! Şərqi Zəngəzur var. bir əsr bundan əvvəl - 7 iyul 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı, 7 iyul 2021-ci ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası yaradıldı.
Amerikada bir milyona yaxın erməni yaşayır, Fransada 500 mindən çox erməni yaşayır, Marsel şəhərində 100 mindən çox erməni yaşayır və onun həndəvərində. Niyə orada status verilmir? Bəs niyə Azərbaycanda bu status verilməlidir? Bunun hansı hüquqi, siyasi, tarixi əsasları var? Yoxdur! Ermənilər orada daha əvvəl yaşamağa başlayıblar, nəinki bizim ərazimizdə" sözləri Ermənistanın xunta rejimini revanşist çağırışlar səsləndirməyə vadar edənlərə cavabıdır.
Ermənistanı yeni müharibəyə sövq edənlərin Azərbaycana ikili standartlardan yanaşmasının, ədalətsizliyin bir nümunəsi də Avropa İttifaqının Ermənistana 2,6 milyard, Gürcüstana 2,3 milyard avro vəsait ayırması müqabilində müharibədən daha çox əziyyət çəkən, əraziləri, tarixi abidələri ermənilər tərəfindən dağıdılan Azərbaycanı "unutmasıdır." Dövlət başçımızın vurğuladığı kimi, Aİ bu ermənipərəstliyin səbəblərini də açıqlamalıdır. Ermənistana verilən qədər vəsait eyni şərtlərlə bizə də təklif olunmalıdır.
Əsas odur ki, Azərbaycanın siyasi leksikonuna "Zəngəzur dəhlizi" sözü yenidən yazılıb. Hazırda dünyanın aparıcı kütləvi informasiya vasitələri Zəngəzur dəhlizindən yazır, siyasətçilər bu dəhlizin əhəmiyyətindən bəhs edirlər. Yəni, Ermənistan artıq sülh müqaviləsini imzalamalıdır. Sərhədlərin delimitasiyası ilə bağlı Avropa İttifaqının, Türkiyənin, Rusiyanın mövqeyinin vəhdət təşkil etməsi bu reallığı təsdiq edir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Обсудить
Материалы по теме:
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib 26 сентябрь 2021, Воскресенье

Читайте также:

Добавить комментарий
Комментарии (0)
Прокомментировать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Bizin kollektiv
Партнеры