16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Ermənistan Azərbaycana milyardlarla dollar təzminat ödəməlidir

Ermənistan Azərbaycana milyardlarla dollar təzminat ödəməlidir
"Ermənistanın 30 il ərzində vurduğu zərərə görə Azərbaycana ödəyəcəyi təzminat məsələsi beynəlxalq qanunvericiliyin aktları ilə tənzimlənəcək". 
Bunu Milli.Az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, Ermənistan bundan sonra heç bir şeyə nail ola bilməyəcək:

"Azərbaycan və Ermənistan rəsmi olaraq müharibə şəraitində deyildilər. Çünki Ermənistan bizə müharibə elan etməmişdi, amma əslində təcavüz etmişdi. Azərbaycan torpaqlarına qoşunlar yeridilmişdi, burada qətliamlar, dağıntılar baş verib. Bütün bu proseslərin hamısının xronikası rəsmiləşdirilib, qeydiyyatdan keçib. Odur ki, Ermənistan çalışsa da ki, burada oyunbazlıq etsin, dünya institutlarının fikrini yayındırsın, heç bir şeyə nail ola bilməyəcək. Çünki bu məsələlərin hamısında Azərbaycanın prinsipial yanaşması var və ilk növbədə biz Ermənistana bildirmişdik ki, əgər sülh danışıqlarından yayınsanız, biz əks hücum tətbiq etməklə sizi məğlub edəcəyik. Bu, baş verdi (44 günlük müharibə - red). Amma bütün bu prosesin günahkarı Ermənistandır. Çünki onun əsassız ərazi iddiaları gətirib elə bir vəziyyət yaratdı ki, onlar ilk növbədə silaha əl atdılar, sonra bizə hücum etdilər və nəticədə 30 il sürən bu qarşıdurma əsnasında biz dünya birliyini məlumatlandırdıq ki, hüquq, ədalət bizim tərəfimizdədir və biz beynəlxalq qanunvericiliyin bütün normalarını qüvvəyə mindirməkdən ötrü lazımı tədbirləri görəcərik, bunu da etdik. Bundan sonra Ermənistan gərək düşünsün və hazır olsun ki, Ermənistanın müharibənin nəticələrindən irəli gələn vəzifələri var. Onlar gərək Azərbaycana vurduqları zərər-ziyanın təzminatını ödəsinlər və Azərbaycandan üzr istəsinlər".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница