16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda Yeni il tətili uzadılacaq? – AÇIQLAMA

Azərbaycanda Yeni il tətili uzadılacaq? – AÇIQLAMA
Gürcüstanda koronavirus səbəbindən Yeni illə əlaqədar bayram tətili uzadılıb. Belə ki, qonşu ölkədə yanvarın 15-dək yalnız banklar, strateji əhəmiyyətli obyekt və xidmətlər fəaliyyət göstərəcək.
Maraqlıdır, Azərbaycanda da epidemiya səbəbindən qeyri-iş günlərinin sayı uzadıla bilərmi?
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, artıq sabahdan ölkədə rəsmi iş günüdür və bayram tətili uzadılmayıb.
İnfeksionist Vüqar Cavadzadə isə bildirib ki, ölkədə sərt karantin tədbirləri davam etdiyi üçün bayram tətilinin uzadılmasına ehtiyac yoxdur:
"Hesab edirəm ki, bayramla əlaqədar qeyri-iş günlərinin uzadılmasına ehtiyac yoxdur. Onsuz da Azərbaycanda sərt karantin tədbirləri davam edir və bunun nəticəsində gündəlik yoluxma sayı 1000-dən aşağı düşüb. Gündəlik yoluxma ən azı ikirəqəmli olana qədər sərt karantin tədbirləri davam etdirilməlidir. Əks halda bu rəqəm arta bilər".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница