16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

İnternetdə Azərbaycan Prezidentinin şərəf və layaqətini ləkələyənlər azadlıqdan məhrum edilə bilər

İnternetdə Azərbaycan Prezidentinin şərəf və layaqətini ləkələyənlər azadlıqdan məhrum edilə bilər
İnternetdə Azərbaycan Prezidentinin şərəf və layaqətini ləkələyənlər azadlıqdan məhrum edilə bilər


Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə cəza tətbiq ediləcək.

"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsinə yeni bənd əlavə edilməsi təklif olunub.

Əlavəyə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etməyə görə 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, bu maddədə "saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.

Bundan başqa, məcəllənin 323-cü maddəsində də dəyişiklik edilməsi təklif olunub.

Dəyişiklik layihəsinə əsasən, Azərbaycan dövlətinin başçısının — Azərbaycan Prezidentinin şərəf və layaqətini internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə ləkələmə və ya alçaltmaya görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница