16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakı Polisindən nəzarət tədbirləri ilə bağlı VACİB AÇIQLAMA

Bakı Polisindən nəzarət tədbirləri ilə bağlı VACİB AÇIQLAMA
Bakı Polisindən nəzarət tədbirləri ilə bağlı VACİB AÇIQLAMA


"Koronavirusa yoluxma riski olan məkanlarda nəzarət tədbirləri gücləndirilib".

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AzTV-yə açıqlamasında deyib.

O bildirib ki, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş nəzarət profilaktik tədbirlər davam etdirilir:

"İctimai nəqliyyatda, qapalı məkanlarda, ictimai iaşə obyektlərində, ümumilikdə koronavirusa yoluxma riski olan bütün məkanlarda əməkdaşlarımız tərəfindən mütəmadi tədbirlər görülür".

Komendant saatı ilə bağlı vəziyyətdən danışan E.Hacıyev bildirib ki, bütövlükdə ölkədə hərbi vəziyyət rejimi ilə əlaqədar olaraq gün ərzində müvafiq tədbirlər görülür:

"Zəruri olan bütün tədbirlər əməkdaşlarımız tərəfindən icra edilir. Axşam saat 21:00-dan başlayaraq, növbəti gün səhər saat 06:00-a qədər davam edən komendant rejimi çərçivəsində mövcud qayda və normalara uyğun olaraq (fəaliyyətinə icazə verilən sahələr istisna olmaqla) fiziki və hüquq şəxslərin sərbəst hərəkəti müvafiq icazə əsasında həyata keçirilir.

Əhalidən qaydalara əməl etmələri xahiş edilir. Bütövlükdə istər pandemiya, istərsə də hərbi vəziyyət rejimi ilə bağlı hər kəsin üzərinə ciddi məsuliyyət düşür. Ön cəbhədə düşmənlə mübarizə aparan əsgərlərimizin gözü arxada qalmasın deyə, polisin tələb və tövsiyələrinə qeyri-şərtsiz əməl olunmalıdır". /Oxu.az


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница