16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Daxili işlər Nazirliyi rəis vəzifəsinə qızlar axtarır

Daxili işlər Nazirliyi rəis vəzifəsinə qızlar axtarır
Daxili işlər Nazirliyi rəis vəzifəsinə qızlar axtarır


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DIN), növbətçi hissələri İdarəetmə Xidmətinin "102” Xidməti-Zəng Mərkəzində vakant olan kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-in mətbuat xidmətindən May.Az-a daxil olan məlumata görə, müsabiqədə yaşı 20-dən 23-dək, boyu 160 santimetrdən yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan, Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.

Namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Kompüter və rabitə avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.

Müsabiqə qaliblərinə DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq 700 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.

İştirak etmək istəyən şəxslər Baş Kadrlar İdarəsinə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənədin əsli;
- əmək kitabçası (olanlar üçün);
- ixtisas təcrübəsini təsdiq edən müvafiq diplom və sertifikatlar.

Sənədlər 2016-cı il oktyabr ayının 10-dan noyabr ayının 10-dək iş günləri saat 10-dan 17-dək Bakı şəhəri, Azərbaycan prospekti 7 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qəbul edilir.

Əlavə məlumat üçün əlaqə telefonları:

(012) 590-92-54 (12-54 daxili).

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница