16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda şok olay: ər xəyanət edən arvadını ödürdü, sonra yas verdi

Azərbaycanda şok olay: ər xəyanət edən arvadını ödürdü, sonra yas verdi
Azərbaycanda şok olay: ər xəyanət edən arvadını ödürdü, sonra yas verdi


Salyan rayonunda ölən şəxsin qətlə yetirildiyi məlum olub.

Bu barədə "Report”un Aran bürosuna rayon prokurorluğundan məlumat verilib.

Məlumata görə, 1991-ci il təvəllüdlü Gülşən Feyziyeva bir müddət əvvəl dünyasını dəyişib. Həyat yoldaşı 1983-cü il təvəllüdlü Məmmədağa Quliyev hər kəsə arvadının xəstəlikdən öldüyünü deyib. G.Feyziyeva torpağa tapşırılıb, onun yas mərasimi keçirilib, ehsan da verilib.

Lakin Salyan Rayon Prokurorluğunun peşəkar əməkdaşları hadisənin qətl olduğunu müəyyənləşdirib.

Məlum olub ki, Məmmədağa Quliyevin qardaşı Zaur Quliyev G.Feyziyevanı 1994-cü il təvəllüdlü Nurlan Xankişiyev adlı şəxslə birlikdə görüb. Bu zaman Z.Quliyev N.Xankişiyevi bıçaqlayıb.

Bundan sonra o, Bakıda işləyən qardaşı Məmmədağa Quliyevə zəng vuraraq xəyanət əhvalatını danışıb. Məsələdən xəbər tutan M.Quliyev Salyana qayıdaraq arvadı ilə mübahisə edib və onu balışla boğub. Hər kəsə isə "arvadım xəstəlikdən ölüb” deyib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница