16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Azərsun" qiymətlərin bahalaşmasını etiraf etdi: 20% artım var

"Azərsun" qiymətlərin bahalaşmasını etiraf etdi: 20% artım var
"Azərsun" qiymətlərin bahalaşmasını etiraf etdi: 20% artım var


"Azərsun holdinq” istehsal etdiyi məhsulların bahalaşmasını dolların bahalaşması ilə idxal məhsullarının qiymətinin artması ilə izah edib.

Bu barədə fins.az-a şirkətin mətbuat xidmətinin rəhbəri Afiq Səfərov bildirib: «Dolların bir ay əvvəlki qiyməti ilə indiki arasında 20 faiz fərq yaranıb. Biz xammalın bir hissəsini xaricdən alırıq. Ona görə də xammalın qiymətləri bahalaşıb. Ona uyğun olaraq istehsal olunan məhsullar da bahalaşmalıdı».

Şirkət rəsmisi iddia edir ki, şirkətin məhsullarında bahalaşma 2-3%, bəzi mallarda 5%-dən artıq deyil. Ancaq bəzi məhsullar da 15-20 faiz bahalaşma olub.
«Azərsun» nümaynədəsi qiyət artımının digər səbəbini mağazaların qiymətləri özbaşına qaldırması ilə izah edib. Onun sözlərinə görə, şəhərin mərkəzində yerləşən mağazalar icarə haqqı və digər yüksək xərclərini qarşılamaq üçün qiymətləri artırırlar.

Şirkətin öz qiymətlərinə limit tətbiq etməsi bunun qarşısını ala bilərdi. Amma «Azərsun»da belə limit yoxdur: «Azərsun»un məhsullarına konkret qiymət limiti tətbiq edilmir. Bu səbəbdən də marketlər həmin məhsullara öz faizlərini də tətbiq edirlər. Onlar da öz xərclərini hesablayaraq məhsullara fərqli qiymət tətbiq edirlər. Biz buna müdaxilə edə bilmərik».

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница