16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Hərəkətin təşkilində müvəqqəti dəyişiklik edildi - FOTOLAR

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Hərəkətin təşkilində müvəqqəti dəyişiklik edildi - FOTOLAR
SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Hərəkətin təşkilində müvəqqəti dəyişiklik edildi - FOTOLAR


Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə "Bibiheybət yolu”nda hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib.

BiG.AZ bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun üçün sözügedən ərazidə Bakı Nəqliyyat Agentliyi ilə birgə hazırlanmış layihə əsasında zəruri nişanlanma və xətlənmə işləri aparılıb. Bununla da bir müddət bundan öncə yolda təhlükəsiz hərəkəti təmin etmək üçün müvəqqəti olaraq bərpa olunan 2 zolaqdan biri şəhərə giriş istiqamətdə bütün hərəkət iştirakçıları üçün, digər zolaq isə yalnız şəhərdən çıxan müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün ayrılıb. Digər avtonəqliyyat vasitələri "20-ci sahə” adlanan ərazidən istifadə etməklə hərəkət edə bilərlər.

Bununla da sözügedən ərazidə avtobusların hərəkəti ilə bağlı yaşanan problem aradan qaldırılıb.

Ümumilikdə ərazidə tikinti-bərpa işlərinin tam olaraq 2020-ci ilin I rübü ərzində yekunlaşdırılması nəzərdə tutulub. Digər hərəkət zolaqlarının bərpası da məhz ərazidə tikinti-bərpa işləri tam yekunlaşdıqdan sonra mümkün olacaq.

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Hərəkətin təşkilində müvəqqəti dəyişiklik edildi - FOTOLAR
SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Hərəkətin təşkilində müvəqqəti dəyişiklik edildi - FOTOLAR


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница