16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Rusiyada varlı qocaların pensiyası kəsiləcək

Rusiyada varlı qocaların pensiyası kəsiləcək
Rusiyada varlı qocaların pensiyası kəsiləcək


Rusiyada Maliyyə Nazirliyi illik gəliri 500 min rublu (ayda təqribən 800 dollar) keçən pensiyaçıların pensiyasını kəsməyi təklif edib.

Virtualaz.org xəbər verir ki, bu barədə "Vedemosti” yazır. Təklif hökumətə təqdim olnub və iki variantdadır. Daha yumşaq varianta əsasən illik gəliri 1 milyon rubl olan pensiyaçıların pensiya ödənişlərini dayandırmaq nəzərdə tutulur. Bu radikal addıma getməyə nazirliyi Rusiyada getdikcə dərinləşən böhran və büdcə kəsirinin şişməsi məcbur edib.

Bundan əlavə nazirlik təklif edir ki, aylıq gəliri 22 min rubla çatan pensiyaçılara fiksə edilmiş ödənişlər dayandırılsın. Bu qayda 2 milyon pensiyaçını əhatə edə bilər. Maliyyə Nazirliyi 2017-2019-cu illər federal büdcəsini balanslaşdırmaq üçün digər qənaət tədbirləri də təklif edir. Bildirilir ki, əgər illik gəliri 1 milyon rubla çatan pensiyaçıların pensiyaları kəsilsə bu, ildə 150 milyard rubla qənaət etməyə imkan verəcək.

"Gəlin düzünü danışaq, ildə bir milyon rubldan çox qazanan pensiyaçının dövlətdən pensiya almağa ehtiyacı yoxdur axı”-nazirliyin təşəbbüsünü şərh edən məmur qəzetə bildirib.

Bundan əvvəl hökumət pensiyaların sığorta hissəsi üzrə artımları ildə bir dəfə kompensasiya şəklində verəcəyini elan edib. Habelə pensiyaların yığım hissəsinin dondurulması daha bir il uzadılıb. Rusiya büdcə kəsirini örtmək üçün federal ehtiyatlarının üçdə birini cəmi bir ayda xərcləməli olub.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница