16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Mask ilk dəfə 12-ci övladının olmasından danışdı

Mask ilk dəfə 12-ci övladının olmasından danışdı

Xəbər verdiyimiz kimi, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu, "X" sosial şəbəkəsinin sahibi İlon Maskın 12-ci övladı olub.

Axşam.az-ın məlumatına görə, milyarder "Neuralink" şirkətinin xüsusi layihələr üzrə direktoru Şivon Zilislə övladının olmasına ilk dəfə münasibət bildirib. O, bunun sirr olmadığını deyib:

"Bu, heç də sirr deyildi, dostlarımız və qohumlarımız bilirdi. Amma uşaq doğulduqdan sonra mətbuatda açıqlama yaymaq qəribə olardı. Xəbəri yaymamağımız o demək deyil ki, bu, gizlidir".

Körpənin adı və cinsi hələlik məlum deyil.

Qeyd edək ki, 52 yaşlı Maskla Zilisin 2021-ci ildə Texasda əkizləri doğulub. Onlardan başqa Maskın daha yeddi övladı var. Onun keçmiş həyat yoldaşı Castin Uilsondan ümumilikdə beş ortaq övladı var. Bundan başqa milyarderin müğənni Qraymsdan da iki övladı var: oğlu X Æ A-Xii və qızı Exa Dark Siderel Mask. Onun son dəfə avstraliyalı aktrisa Nataşa Bassettlə münasibətdə olduğu xəbəri yayılıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница