16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bu qadın yatarkən minlərlə DOLLAR PUL XƏRCLƏYİR - DETALLAR

Bu qadın yatarkən minlərlə DOLLAR PUL XƏRCLƏYİR - DETALLAR

Xaricdə yaşayan Kelli Knipes adlı qadın xəstəliyi ilə əlaqədar ciddi problem yaşayır.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, gənc qadın istər-istəməz yuxusunda minlərlə dollar pul xərcləyir. Kelly Knipes nadir yuxu pozğunluğuna görə yatarkən 3800 dollar dəyərində alış-veriş edir.

Qadın yerli mətbuata açıqlamasında bildirib ki, gecə yatan zaman nələr etdiyini bilmir. 2018-ci ildə qadına yuxu zamanı baş verən anormal davranışları ehtiva edən parasomniya diaqnozu qoyulub.

Parasomniyadan əziyyət çəkən bir insan oyaq görünür, gəzir, danışır, yemək yeyir və ya digər oxşar fəaliyyətlərlə məşğul ola bilər. Lakin beyni yalnız qismən oyaq olduğundan xəbərdar olmaya bilir. Gənc qadın evinə gələn bağlamalarda qəribəlik hiss edib. Sifarişlər arasında soyuducu, tor, dirəklər, masa, kitablar, duz-istiot, uşaq oyun evi və tam ölçülü plastik basketbol meydançası da olub.

Daim borcu olduğunu deyən qadının kredit kartı məlumatları telefonunda saxlandığı üçün rahatlıqla onlayn alış-veriş edə bilirdi. Knipes yuxuda olarkən SMS vasitəsilə fırıldaqçılara şəxsi məlumatlarını da verib. Gənc qadın həmin anları bu sözlərlə izah edib: "Bütün məlumatlarımı verdim, sonra ayılanda bank hesabımdan 317 dollar çıxarmışdılar".

Təəssüf ki, təşkilati işlərlə məşğul olan Knipes aldığı məhsulların əksəriyyətini geri qaytara bilməyib. Hər kəs bunun çox gülməli olduğunu düşünsə də, yaşadıqlarının ona böyük ziyan vurduğunu bildirib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница