16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

10 ildir kanalizasiya quyusunda yaşayırdı, xilas edildi

10 ildir kanalizasiya quyusunda yaşayırdı, xilas edildi
Rusiyanın Samara vilayətində 10 ildən artıqdır kanalizasiya quyusunda qalan şəxs xilas edilib.


BiG.AZ lent.az-a istinadənxəbər verir ki, bu barədə bloqqer Anton Qletçerov məlumat yayıb. Onun sözlərinə görə, Tolyattidəki Lenin bulvarında 10 saylı evin yaxınlığında Aleksandr adlı şəxs tapılıb.


"Deyə bilərəm ki, xilas olunub çıxarılanda Aleksandr sərxoş deyildi. O, çox sağlam görünsə də, çox nəzakətlə, bircə dənə də olsun nalayiq söz demədən danışırdı" deyə bloqqer bildirib.


Kişi qışın soyuğunda quyu isti olduğu üçün orada yaşadığını bildirib. O, Qletçerova sığınacağa köçməyə hazır olduğunu bildirib və hətta iş tapacağına söz verib.


Məlumata görə, Aleksandrın həyat yoldaşı onu 15 il əvvəl tərk edib. Yaxınları onun öldüyünü düşünüblər. Bloqqer Aleksandrın hekayəsini dərc edəndə kişinin qohumları ona məktub yazıblar. Onların sözlərinə görə, Aleksandr Ulyanovsk vilayətindəndir və 52 yaşı var. Qeyd olunur ki, qohumları kişini özləri ilə yaşamağa aparıblar.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница