Понедельник
июл 09

Uzun ömür sürməyin əsas sirri açıldı

Uzun ömür sürməyin əsas sirri açıldı


Pəhriz və düzgün qidalanma çox vacibdir. Lakin uzun ömür sürmək üçün daha təsirli mexanizmlər mövcuddur.

May.Az-ın “Eurek Alert”ə istinadla xəbərinə görə, Şərqi İngiltərə Universitetinin tədqiqatçıları araşdırmalar nəticəsində müəyyən ediblər ki, təbiət qoynunda gəzintilər və təmiz hava 2-ci növ şəkərli diabetə, ürək-damar xəstəliklərinə yoluxma təhlükəsini azaldır, qəfil ölüm riskini minimuma endirir.

Ümumilikdə 140 tədqiqata 20 ölkədən 290 milyon insan cəlb olunub.

Təbiət qioynuna daha yaxın yaşayan insanlarda bir çox tibbi göstəricilər, o cümlədən qan təzyiqi, ürək döyüntüləri və ürəyin ümumi durumu normaya yaxındır.

Комментарии (0)

Оставить комментарий