16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Tatuajın yaratdığı ciddi təhlükə

Tatuajın yaratdığı ciddi təhlükə
Tatuajın yaratdığı ciddi təhlükə


Bu gün tatuaj artıq dəb halını alıb və hər gün tatuajın yeni formaları yaranır. İnsanlar tatuajın hansı fəsadlar törədəcəyinin fərqinə belə varmadan ondan geniş istifadə edirlər. Yəqin xəbərsizdirlər ki, tatuaj xərçəng xəstəliyi belə yarada bilər.


Bəzi hallarda insanlar sonradan tatuajı sildirmək qərarına gəlir. Bu da həm istənilən nəticəni vermir, həm də dəriyə təsirsiz ötüşmür.

Dermatoloq-kosmetoloq Mehdi Mahmudi insanların tatuajdan uzaq durmasını məsələhət görür.

M.Mahmudi Trend-ə bildirib ki, tatuaj insan bədəni üçün yad maddələrdən ibarətdir: "Tatuaj üçün maddələri insan bədəninə yeridəndən sonra bədən həmin maddələrə əks reaksiya verə və insana fəsadlar yetirə bilər. Həmçinin, tatuaj maddələri standart və qeyri-standart olur. Qeyri-standart maddələrin fəsadları isə daha çox ola bilər. Tatuaj zamanı istifadə olunan bəzi maddələr var ki, xərçəng və digər xəstəliklərin yaranması riskini xeyli artırır”.

Dermatoloq-kosmetoloq əlavə edib ki, tatuaj zamanı sterilizasiya qaydalarına əməl olunmadığı halda, insan yoluxucu xəstəliklərə və infeksiyalara yoluxa bilər.

O deyib ki, bir çox hallarda insanlar tatuajdan yorulur və onu sildirməyə qərar verir: "Tatuajın silinməsi isə uzun və çətin bir prosesdir. Sildirmək istəyərkən də fəsadlar yarana bilər. Sildirərkən dəri zədələnir, əvvəlki vəziyyətini bərpa edə bilmir. Son dövrlərdə tatuaj vurduranların, eləcə də tatuaj sildirənlərin sayı çoxalıb. Tövsiyə edərdim ki, insanlar tatuajdan uzaq dursunlar. Çünki bu, insan bədəninə xarici müdaxilə və yad maddələrin daxil edilməsidir. Onun ziyanları çoxdur. Xüsusilə böyük həcmdə, bədənin çox yerlərində tatuaj etdirmək heç məsləhət deyil”.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница