16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Uşaq evində böyüdü, həyat yoldaşı ona rəfiqəsi ilə xəyanət etdi

Uşaq evində böyüdü, həyat yoldaşı ona rəfiqəsi ilə xəyanət etdi
"Uşaq evində olanda fərqli dərnəklər var idi. Bir il tar dərsi aldım. Sonra kamança, skripkaya getdim. Hər il bir dərnəyə qatıldım. Seçə-seçə rəqsə gəldim. Böyükağa Məmmədov uşaq evində rəqslər qururdu. Uşaq evində teatr dərnəyi yaratdım, səhnəciklər oynadıq. Böyükağa müəllim deyirdi ki, səni filarmoniyaya aparacam. Deyirdim, yox, mən teatrı istəyirəm".
Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Sona Babayeva "7 Canlı" proqramında deyib. Uşaq evində böyüyən sənətçi həyatından bəhs edib. Hazırda ATV-də yayımlanan "Bir qadın" serialında rol alan S. Babayeva uşaqlığından danışarkən ağlayıb:
"Gecələr "anacan" deyirdim, uşaqlar o səslə yatırdı. Bir gün də uşaq evinin müdiri gəldi ki, atan, anan var? Dedim, yox. Cavab verdi ki, bəs mən kiməm, ana deyirsən mənə? Həmin gündən onun adı "anacan" qaldı.
Universitetə daxil oldum. 10-cu sinfi bitirəndə bizi uşaq evindən buraxdılar. Günorta gedirdim dərsə, ordan qayıdıb küçədə oturacaqda uzanıb yatırdım. Utanırdım dəstək istəməyə. Şahmar Ələkbərova dedim ki, evim yoxdur. Apardı məni 1 ay evində saxladı. Sonra Həsən əbluç gildə qaldım. Daha sonra 10 gün Safurə İbrahimovagildə qaldım. Onu da evdə yola vermirdilər. Universitetə getdim və rektora dedim, onun otağında qalırdım".
Aktrisanın həyatından danışan aparıcı Vüsalə Əlizadə "Yaxın rəfiqəsini evinə gətirib, həyat yoldaşı onunla ona xəyanət edib. Oğlunu evləndirib, gəlini bir uşağını qoyub başqasına qaçıb. Evini banka zamin qoyub külli miqdarda pul götürüb, nəvəsini saxlayır" sözlərini əlavə edib.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница