16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Pitbulların hücum etdiyi uşaq əməliyyat öncəsi verdiyi BU SUALLA ürək dağladı - VİDEO

Pitbulların hücum etdiyi uşaq əməliyyat öncəsi verdiyi BU SUALLA ürək dağladı - VİDEO
Yaşadıqları binanın həyətində oynayan 4 yaşlı uşaq pitbull cinsindən olan 2 itin hücumuna məruz qalıb.
Sonxeber.az-ın "Sabah"a istinadən verdiyi məlumata görə, hadisə Türkiyənin Qaziantep şəhərində baş verib.
Asiyə Atəş adlı balaca qız hücum nəticəsində ağır yaralanıb.
Ona Antalya şəhərində 4 saatlıq toxuma transplantasiyası edilib.
Asiyənin toxuma transplantasiyası əməliyyatından əvvəl anasına verdiyi "Üzüm yaxşılaşacaqmı?" sualı ürəkləri dağlayıb. Anası isə "Ömər həkim üzünü sağaldacaq. Əvvəlki kimi olacaqsan!" deyə cavab verib.
Əməliyyatdan sonra professor Ömər Özkan bu məlumatları paylaşıb:
"Asiyədəki normal toxuma itkisi deyil. Üz sinirlərində ciddi zədələnmələr var idi. Üzünü və baş dərisini əməliyyat etdik. Biz onun kürəyindən və ayağından toxuma nəql etdik. Köçürülən toxumanın tutması vacibdir. İki həftə sonra inkişafı qiymətləndirib yenidən toxuma transplantasiyasına başlayacağıq. Üz iflici riski var, lazım gəlsə, bununla bağlı müdaxilə edəcəyik. Əgər prosesdə heç bir problem olmasa və həyati təhlükə tamamilə aradan qalxsa, digər prosedurları da etməyə başlayacağıq".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница