16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Niyə kinolarımıza xarici aktyorlar dəvət olunur?

Niyə kinolarımıza xarici aktyorlar dəvət olunur?

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli kinoların əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olduqlarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.

Araşdırma zamanı məlum olub ki, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan filmlərinə daha çox rus aktyorları cəlb edilib. Ancaq müxtəlif illərdə istehsal olunan Azərbaycan filmlərində rus aktyorlarla yanaşı, türk, amerikalı, gürcü, özbək, litvalı, inquş, ukraynalı və başqa millətlərin aktyorları çəkilib. Bu aktyorların bir neçəsi isə Azərbaycanın bir deyil, çoxsaylı filmlərinə dəvət olunublar.
Azərbaycan filmlərində rol alan xarici aktyorların sayının çoxluğu isə hər zaman hamı da maraq doğurub.
Niyə bizim aktyorlarımız deyil, xaricilər filmlərə çəkilir?

Mövzu ilə bağlı BiG.AZ-a danışan kinoşünas Aygün Aslanlı bildirib ki, bu məsələdə qeyri-adi heç nə yoxdur. Bütün dünyada belə situasiya mövcuddur:

"Aktyor və aktrisaların başqa ölkələrdən dəvət edilməsi kommersiya məqsədi daşıyır. Bu marketinq qanunudur. Belə olduq da film ərsəyə gəldikdən sonra onun başqa ölkələrə satılması məsələsi də asanlaşır".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница