^
U

Orucu pozan və pozmayan halların — SİYAHISI


“Ölkə.Az” xəbər verir ki, oruc tutanları ən çox maraqlandıran mövzulardan biri də orucu pozan və pozmayan vəziyyətlərdir. Məsələ ilə bağlı kiçik yazını oxucularımızla bölüşürük.

1.Qusmaq orucu pozurmu?

Kusmak Orucu Bozar mı? İşte, Orucu Bozan ve Bozmayan Durumlar
Din alimlərinin açıqlamasına əsasən, qəflətən qusmaq orucu pozmur. Amma insanın öz istəyi və ya müdaxiləsi ilə gələn qusma orucu pozur. Eyni zamanda qusduğu üçün orucunun pozulduğunu düşünən və bu səbəbdən yemək və içməyə davam edən şəxslərin də orucu pozulur. Belə halda bir gün qəza orucu tutmaq lazımdır.

2.Bəlğəm udmaq orucu pozurmu?

Kusmak Orucu Bozar mı? İşte, Orucu Bozan ve Bozmayan Durumlar
Oruc tutan şəxslərin bəlğəmini udması problem deyil. Bununla oruc pozulmaz.

3.Diş fırçalamaq

Kusmak Orucu Bozar mı? İşte, Orucu Bozan ve Bozmayan Durumlar
Diş fırçalamaq orucu pozmur. Diş pastası və ya su boğazdan keçsə, bu zaman oruc pozulur, qəza orucu tutmaq lazım olur. Bu səbəbdən də ən yaxşısı sahurdan əvvəl və iftardan sonra fırçalamaq məsləhət görülür.

4.Ürəyi gedənlərin orucu pozulur?
Kusmak Orucu Bozar mı? İşte, Orucu Bozan ve Bozmayan Durumlar
Ürəyi getmək yuxuya getmək kimi bir şeydir. Gün ərzində uzun və ya qısa müddət ərzində ürəyi gedənlərin orucu pozulmaz. Amma ürəyi gedən şəxsi ayıltmaq üçün ona su veriblərsə və ya özü ayıldıqdan sonra su və dərman içibsə, orucu pozulur.

5.Epilyasiya orucu pozur?

Kusmak Orucu Bozar mı? İşte, Orucu Bozan ve Bozmayan Durumlar
Din alimləri bildirirlər ki, bədəndəki tüklərin istənilən yolla təmizlənməsi orucu pozmur.

6.İynə vurdurmaq orucu pozarmı?

Kusmak Orucu Bozar mı? İşte, Orucu Bozan ve Bozmayan Durumlar
Oruc yemək, içmək və cinsi əlaqəyə girməklə pozulur. Bu səbəbdən qida dəyəri olmayan bəzi şeylər orucu pozmur. Müalicə olunan şəxslər müalicə bitənə qədər orucu təxirə sala bilərlər. Amma əgər oruc tuturlarsa, iynələrini iftardan sonra vurdursalar yaxşı olar.

7.Qan vermək orucu pozurmu?

Kusmak Orucu Bozar mı? İşte, Orucu Bozan ve Bozmayan Durumlar
Qan vermək orucu pozmaz. Peyğəmbərimiz də oruclu olduğu vaxt qan aldırıb. Bundan başqa Məhəmməd Peyğəmbər deyib: “Üç şey orucu pozmaz: qan aldırmaq, qusmaq və cünub olmaq”.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: İslam Oxunub: 849 Tarix: 7-05-2019, 21:52
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az