16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıda "Ferrari" ilə qəza törədən xanım Eldar Mahmudovun qızı çıxdı (FOTO)

Bakıda "Ferrari" ilə qəza törədən xanım Eldar Mahmudovun qızı çıxdı (FOTO)
Bakıda "Ferrari" ilə qəza törədən xanım Eldar Mahmudovun qızı çıxdı (FOTO)


Bir müddət əvvəl Bakının Heydər Əliyev prospektində ''Hyundai'' və ''Ferrari'' markalı avtomobillərin toqquşmasını çoxları xatırlayır. Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyevanın "Hyundai" markalı avtomobili sərxoş vəziyyətdə olan xanım sürücünün idarə etdiyi 10 SN 009 dövlət nömrə nişanlı "Ferrari" ilə toqquşmuşdu.

Qəzadan dərhal sonra xanım sürücü avtomobilin nömrələrini sökərək hadisə yerindən qaçmışdı. Həmin vaxt ''Ferrari''nin ilk olaraq dövlət nömrə nişanının 10 VV 200 olduğu barədə xəbər yayılsa da, bu avtomobilin tanınmış iş adamı Şərurlu İsfəndiyarın ailəsinə məxsus olduğu deyilirdi.

May.Az bildirir ki, criminal.az-a həmin ''Ferrari''nin sükanı arxasında olan xanımla bağlı maraqlı məlumat daxil olub. Bildirilir ki, ''Ferrari''nin sükanı arxasında olan xanım bir müddət əvvəl işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızı olub. Qəza zamanı həmin əraziyə ''Niva'' markalı maşın gəlib, naməlum şəxs ''Ferrari''nin nömrələrini çıxarıb və qızı ərazidən uzaqlaşdırıb.

Xatırladaq ki, qəzadan sonra Z.Dostəliyevanın ''Ferrari''nin sahibindən yeni avtomobil tələb etməsi deyilsə də, sonradan müğənni bunu təkzib etdi.

Bakıda "Ferrari" ilə qəza törədən xanım Eldar Mahmudovun qızı çıxdı (FOTO)
Bakıda "Ferrari" ilə qəza törədən xanım Eldar Mahmudovun qızı çıxdı (FOTO)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница