16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Həyat yoldaşımın görüşdüyü şəxs 15 yaşlı qızımın bakirəliyini pozub" - Tovuz sakinindən DƏHŞƏTLİ ETİRAFLAR

"Həyat yoldaşımın görüşdüyü şəxs 15 yaşlı qızımın bakirəliyini pozub" - Tovuz sakinindən DƏHŞƏTLİ ETİRAFLAR
"Həyat yoldaşımın görüşdüyü şəxs 15 yaşlı qızımın bakirəliyini pozub" - Tovuz sakinindən DƏHŞƏTLİ ETİRAFLAR


MAY.AZ xəbər verir ki, Tovuz rayonu Kirən kənd sakini Rizvan İsrail oğlu Məmmədrzayev "Ölkə.Az"-ın redaksiyasına müraciət edib.

R.Məmmədrzayev əməkdaşımızla söhbətində bildirib ki, qızı 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızı iyirmi gündür evdən gedib:

"Qızımın yoxa çıxmasıyla bağlı Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinə müraciət etdim. Əvvəlcə həyat yoldaşım Fəridə Zahid qızı Məmmədrzayeva mənim verilişə çıxmağımı istəmirdi, hətta məni hədələyirdi. Ancaq ötən həftənin birinci günü mən verilişdə olanda həyat yoldaşım da gəlmişdi. Efirdə olduğum müddətdə telefonum oğlumda olub. Qızım mənə başqa nömrədən zəng vurub. Telefon oğlumd olduğu üçün onunla danışıb və sonradan həyat yoldaşım telefonu oğlumdan alaraq qızımın mıənə zəng vurduğu nömrəni silib".

R.Məmmədrzayevin sözlərinə görə, qızının itkin düşməsində əsas səbəbkar həyat yoldaşıdır:

"Həyat yoldaşımla faktiki ər-arvad münasibətində deyilik. O, Ruslan adlı əslən Ağcabədi rayonundan olan bir nəfərlə münasibətdədir. Və mən son günlər öyrənmişəm ki, Ruslan səkkiz ay öncə mənim qızıma təcavüz edib, bakirəliyini pozub".
R.Məmmədrzayevin sözlərinə görə, Fəridə Məmmədrzayevanın da Ruslan adlı şəxsin onun qızına təcavüz etməsindən xəbəri var:

"Qızımı bu ərəfədə bircə dəfə görə bilmişəm. Saçını qırxıblar, uşaq çox pis vəziyyətdədir. Soruşuram ki, sən iyirmi gündür harda qalırdın? Deyir, rəfiqəmgildə. Soruşuram ki, saçını kim bu günə qoyub? Deyir, kəsib gözəllik salonuna satmışam. Həyat yoldaşım və münasibətdə olduğu şəxs mənim övladımın həyatını məhv ediblər. Hətta bir dəfə Ruslanın Ceyhun adlı qardaşı da üstümə gəlib, məni döyüb. Aidiyyatı qurumlardan xahiş edirəm ki, bu məsələ nəzarətə götürülsün. Çünki mən əlil adamam, ağır avtoqəza keçirmişəm. Heç bir formada bu adamlara gücüm çatmır".

Mövzunu diqqətdə saxlayacağıq.

"Həyat yoldaşımın görüşdüyü şəxs 15 yaşlı qızımın bakirəliyini pozub" - Tovuz sakinindən DƏHŞƏTLİ ETİRAFLAR


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница