Hadisə Sulutəpə qəsəbəsi ərazisində qeydə alınıb
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə sentyabrın 1-də saat 23 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində qeydə alınıb.
Zərdab rayon sakini E.Xancanov idarə etdiyi “VAZ-2121” markalı avtomobillə yolu keçən qəsəbə sakini Elşən Alıyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Ən çox oxunanlar
"Xanım rəqibim yoxdur"
9-12-2025, 16:43
Pensiyalar bu tarixdə ödəniləcək
9-12-2025, 16:42
Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır
9-12-2025, 16:39