Sədərək bazarının yaxınlığında YANĞIN
Hadisə 0

Sədərək bazarının yaxınlığında YANĞIN - Video

Sədərək bazarının yaxınlığında yanğın baş verib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Açıq sahədə, qamışlıq sahəsində baş vermiş yanğın geniş sahəyə yayılmadan söndürülüb.

Həmin görüntüləri təqdim edirik:




Oxşar xəbərlər

Şimal Gülen vəfat etdi

Şimal Gülen vəfat etdi

...

3 Şou-biznes 31-05-2025, 07:42

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив