Sumqayıtda qadın binadan yıxıldı

👤 Admin 📅 21-06-2024, 07:34 👁 6 baxış 💬 0 şərh

Sumqayıtda qadın kirayə qaldığı mənzilin eyvanından ehtiyatsızlıqdan yıxılıb.

"Report" xəbər verir ki, hadisə şəhərin 4-cü məhəlləsində qeydə alınıb.

Şəhər sakini, 1996-cı il təvəllüdlü Nigar İsa qızı Quliyeva yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


📌 Taglar:
🔗 Paylaş: Facebook Twitter Telegram