^
U

Ərini sonsuz bilən qadın onun başqa arvadlardan 13 uşağı olduğunu öyrəndi - FOTO



Sonsuz olduğunu düşündüyü ərinin başqa 3 arvadının və 13 uşağının olduğunu öyrənən qadın dəhşətə gəlib.

MAY.AZ milli.az-a istinadən xəbər verir ki, Şotlandiyanın Edinburq şəhərində yaşayan Meri Törner Tomson (Mary Turner Thomson) adlı 53 yaşlı qadın ərinin xəyanəti ilə üzləşib.

Meri ona gələn bir zənglə ərinin başqa arvad və uşaqlarının olduğunu öyrənib. Belə ki, amerikalı Villyam Allen Cordan adlı kişi həyat yoldaşına casus olduğunu söyləyib və daima özünü məşğulmuş kimi göstərib. Əslində isə digər arvadlarının yanına gedib.

Meriyə sonsuz olduğunu söyləyən kişinin, əslində, 13 uşağının olduğu aşkarlanıb. O, hətta uşağının qaçırılması ilə bağlı arvadına yalan deyərək onun 200 min fund sterlinqini də mənimsəyib.

"Mən Vilyamla internetdə tanış olmuşam. Həmin vaxt qucağımda 9 aylıq körpəm var idi. Qısa zamanda onunla evləndik, mənə sonsuz olduğunu desə də, bir müddət sonra övladımız dünyaya gəldi. Mənə CIA-nın kəşfiyyatçısı olduğunu söyləmişdi. Guya ki britaniyaya xüsusi əməliyyat üçün göndərilmişdi. Halbuki, hər şey yalan imiş".

Vilyam dələduzluq etdiyinə görə saxlanılıb və ABŞ-a deportasiya edilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Hadisə Oxunub: 677 Tarix: 17-12-2018, 18:30
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az