16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

39 yaşlı müəllim əməliyyatdan sonra niyə öldü?

39 yaşlı müəllim əməliyyatdan sonra niyə öldü?
Xəbər verdiyimiz kimi, ötən gün Bərdənin Uğurbəyli kəndində yaşayan 39 yaşlı ibtidai sinif müəllimi Arzu Əliyeva Bakıda əməliyyatdan sonra dünyasını dəyişib.
"Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aqşin Ağayev sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, 1984-cü il təvəllüdlü vətəndaş Arzu Əliyeva martın 11-də bağırsaq keçməzliyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə müraciət edib: "Çox ağır vəziyyətdə olan xəstəyə lazımi müayinələr edildikdən sonra təcili olaraq cərrahi əməliyyat icra olunub. Əməliyyat prosesində xəstənin bağırsaqlarında müsariqə arteriyasının trombozu (bağırsaq infarktı) nazik bağırsağın total qanqrenası olduğu aşkarlanıb. Arzu Əliyeva əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti çox ağır olan xəstə əməliyyatdan bir gün sonra vəfat edib. KTM-yə müraciət etmədən öncə xəstə özəl tibb müəssisəsində də müayinədə olub və bağırsaq keçməzliyi diaqnozu qoyulub".
A.Ağayevin sözlərinə görə, nazik bağırsağın total qanqrenası diaqnozu ilə xəstənin həyatda qalma şansı sıfra bərabərdir.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница