16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

15 yaşlı qızı qaçırıb cinsi əlaqədə olan şəxs həbs edilib

15 yaşlı qızı qaçırıb cinsi əlaqədə olan şəxs həbs edilib
Gədəbəy rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs həbs edilib.
"Unikal" xəbər verir ki, rayonun Çobankənd sakini olan 2001-ci il təvəllüdlü Xanlar Əsgərov (soyad şərtidir) 2007-ci il təvəllüdlü, Şahdağ kənd sakini olan sevgilisi Kəmalə Əliyevanı bu ilin 6 mart tarixində qaçırıb.
Kəmalə ailə üzvləri ilə tanış olub, onlarla birgə yaşamağa başlayıb. Bundan sonra Xanlar Kəmalə ilə ər-arvad münasibətlərində olmaqla birgə yaşamağa başlayıb. O, yeniyetmə qızla bir neçə dəfə cinsi əlaqədə olub.
Məhkəmədə ifadə verən yeniyetmənin anası bildirib ki, Xanlar 2022-ci ilin əvvəllərindən etibarən qızı Kəmalə ilə ailə qurmaq istəyib:
"Qızım Kəmalə 16 yaşına çatmadığı üçün evlənməsinə razılıq vermədik. Buna baxmayaraq, 6 mart 2022-ci il tarixdə gecə saatlarında Kəmalə Xanlarla əvvəlcədən danışıb razılaşaraq evdən qaçıb. Kəmalənin qaçdığını biləndən sonra Xanların valideynləri ilə söhbət etdik. Kəmalə artıq qaçdığı üçün geri qaytarmağa cəhd göstərmədik. Həmin gündən sonra isə Kəmalə ilə Xanlar ər-arvad münasibətlərində yaşamağa başlayıblar. Hazırda onlar normal ailə kimi yaşayırlar və çox xoşbəxtdirlər".
Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə X.Əsgərov Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona bir il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница