16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Nənə nəvəsini boğmaq istədi, gəlin qaynanası ilə saçyolduya çıxdı - Azərbaycanda ailə dəhşəti

Nənə nəvəsini boğmaq istədi, gəlin qaynanası ilə saçyolduya çıxdı - Azərbaycanda ailə dəhşəti
Nənə nəvəsini boğmaq istədi, gəlin qaynanası ilə saçyolduya çıxdı - Azərbaycanda ailə dəhşəti


Cəlilabadın Üçtəpə kənd sakini 1957-ci il təvəllüdlü Feyziyeva Səmiya Əzizağa qızının həyat yoldaşı 1945-ci il təvəllüdlü Telman Feyziyev və 1984-cü il təvəllüdlü Elnurə Fərziyeva tərəfindən döyüldüyünə dair yayılan xəbərin təfərrüatları bəlli olub.

Telman Fərziyevin publika.az-a verdiyi məlumata görə, 1993-cü ildən ailə qurduğu Səmiya Feyziyeva 6 aydan çox Ruhi Əsəb Dispanserində müalicə alıb:

"Bu, mənim ikinci ailəmdi. Ayın 2-i mən naxırda növbədə olan vaxtı bu qadın evdə gəlinlə mübahisə edib. Arvad götürüb quyudan su çəkib, 4 yaşlı körpənin üstünə töküb ki, boğulsun ölsün. Gəlin usağı götürmək istəyəndə çaydandan uşağın üstünə qaynar su töküb yandırıb. Səslərinə qonşular gəlib, ayıra bilməyiblər. Gəlin də onu həyətdə döyüb, bir-birinin saçının yolublar. Bu adam xəstədir. 6 aydan çox dispanserində müalicə alıb. Ailəmi dağıtdı, uşaqlarımı evdən qaçırdı. Hər gün bir hadisə ilə gedib məndən polisə şikayət edir. Guya mən onu döyürəm. Neçə dəfə özünü asmaq istəyib, ipdən almışam. Uşaqlara evdə göz verib, işıq vermir. Polisdə də izahat yazmışam. Polis məsələni araşdırır. Daha bezmişəm. Apardım xəstəxanaya, həkimlər yardım göstərdi. Yenə də söz-söhbəti bitmir”.

Üçtəpə kənd bələdiyyəsindən verilən məlumata görə, qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

"O gün gəlin ilə qayınana arasında mübahisə düşüb. Kişi evdə olmayıb. Deyəsən qayınana uşağı döyüb, gəlinə söyüşlər söyüb. Gəlin də təhqirlərə dözməyib, onu döyüb. Arvad bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. 4 yaş yarımlıq uşaq da yaxşı vəziyyətdə deyil. Anadangəlmə qüsurla doğulduğu üçün hərəkət edə bilmir. Bundan 5-6 ay əvvəl də onların ailəsində münqaişə baş vermişdi. Qadın həyat yoldaşından xəbərsiz kişinin pul kartını öz qardaşına vermişdi, aralarında söz-söhbət yaranmışdı. Kənd ağsaqqalları yığışıb barışdırdı. Kənddə hamı onların ailəsini mübahisəli ailə kimi tanıyır".

Cəlilabad rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, qadın ayın 2-si xəstəxanaya gətirilib: "Feyziyeva Səmiya Əzizağa qızı ayın 2-si ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub. Bədənin çoxsaylı travmatik zədələri diaqnozu qoyulub. İlkin ambulator müayinə olunduqdan sonra evə buraxılıb”.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница