16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Rusiyada təyyarə qəzası: Ölənlər var

Rusiyada təyyarə qəzası: Ölənlər var
Rusiyada təyyarə qəzası: Ölənlər var


Aviaqəza nəticəsində təyyarə tamamilə parçalanıb və yanıb.

İyulun 1-də səhər saatlarında Rusiyanın İrkutsk vilayətində yoxa çıxan FHN-ə məxsus “İl – 76” təyyarəsinin qalıqları Kaçuq rayonunda aşkarlanıb.

May.Az-ın məlumatına görə, bu barədə “RİA Novosti”yə təyyarənin axtarışı ilə məşğul olan operativ qərargahdan bildirilib.

Təyyarə qəza nəticəsində tamamilə parçalandığı və yandığı qeyd olunur:

“Saat 02.00 radələrində (Bakı vaxtilə 03.00 radələrində) Rıbnıy Uyan yaşayış məntəqəsindən 4 km cənubda, təpənin yamacında FHN-ə məxsus yoxa çıxan “İl – 76” təyyarəsi aşkarlanıb. Təyyarə tamamilə parçalanıb”.

Məlumata görə, təyyarənin göyərtəsində 10 nəfər olub.

Xilasedicilər qəza yerində ekipaj üzvlərinin cəsədlərinin fraqmentlərini və “İl – 76” təyyarəsinin qara qutularından birini aşkarlayıblar.

Ehtimal olunur ki, təyyarədə olan 10 ekipaj üzvünün hamısı ölüb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница