16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanlılar arasında daha bir mafiya hesablaşması - İstanbulda

Azərbaycanlılar arasında daha bir mafiya hesablaşması - İstanbulda
Azərbaycanlılar arasında daha bir mafiya hesablaşması - İstanbulda


İstanbulda azərbaycanlılar arasında daha bir mafiya hesablaşması baş verib. Virtualaz.org xəbər verir ki, Azərbaycandan olan iş adamı, podratçı şirkətin sahibi İ.G. polisə müraciət edərək 2 Azərbaycan vətəndaşının onu “Glock” markalı tapança ilə təhdid edərək “Mercedes” markalı avtomobilini və 27 min dollar dəyərində olan iki qol saatını qəsb etdiklərini bildirib.


İş adamı şikayətində göstərib ki, soyğunçular avtomobili və saatları geri qaytarmaq üçün ondan 40 min dollar tələb edirlər. Habelə iş adamı soyğunçuların onu ailəsiylə də təhdid etdiyini göstərib.

İstanbul polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsində biznesmenə bildiriblər ki, soyğunçularla əlaqə yaradıb onların şərtini qəbul etdiyini, pulu verəcəyini bildirsin. Azərbaycanlı iş adamı belə də edib və İstanbul Fatihdəki ticarət mərkəzlərindən birinin kafesində soyğunçularla görüş təyin edib.

İ.G. hadisədən bir gün sonra axşam saatlarında kafedə soyğunçularla görüşüb. Bu vaxt əməliyyatçılar da mülki geyimdə yan masada oturmuşdular və cinayətkarları gözləyirdilər. Görüş başlayanda polis hərəkətə keçib və 4 nəfər soyğunçunu yaxalayıb. Onlar Azərbaycan vətəndaşları R.H. və S.A., habelə Türkiyə vətəndaşları Ş.S. və İ.G.-dir. Polis saxlananların üzərində axtarış aparıb və iş adamının avtomobilinin açarını, sənədini, qol saatlarını və “Glock” markalı tapança aşkar edib. Qəsb olunan avtomobil ticarət mərkəzinin avtoparkında tapılıb.

Saxlanılan soyğunçular məhkəməyə çıxarılıb, onlardan ikisi-Azərbaycan vətəndaşları barədə əbs qətimkan tədbiri seçilib. Qalan ikisi isə polis nəzarətinə verilməklə sərbəst buraxılıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница