16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Hindistan vətəndaşında 370 ədəd “Tramadol” həbləri aşkarlanıb

Hindistan vətəndaşında 370 ədəd “Tramadol” həbləri aşkarlanıb
Hindistan vətəndaşında 370 ədəd “Tramadol” həbləri aşkarlanıb


Dövlət Gömrük Komitəsi (DGK) Hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda güclü təsirli maddənin ölkənin sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan BAKU.WS-ə verilən xəbərə görə, Bakı-Tbilisi aviareysi ilə getmək istəyən Hindistan vətəndaşının çantası rentgen aparatından keçirilərkən çantada olan əşyaların monitordakı təsvirləri və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o saxlanılıb.

Vətəndaşın çantası təkrar yoxlanılıb və çantanın içərisində olan əşyaların arasında əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 1 ədəd üzərində "Tricare SR Tramadol Hydrochloride Sustained Release Tablets IP 100 mg" və 1 ədəd üzərində "Tricare Tramadol Hydrochloride 50 mg & Paracetamol Tablets" yazılmış dərman qutuları aşkar olunub.

Həmin qutulara baxış zamanı isə birində cəmi 180 ədəd, digərində isə cəmi 190 ədəd ağ rəngli həblər aşkarlanıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən həblər "Tramadol" adlı dərman vasitəsidir.

Xatırladaq ki, "Tramadol" Azərbaycanda "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница