16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycan və Rusiya "Sərhəd" əməliyyatı keçirib

Azərbaycan və Rusiya "Sərhəd" əməliyyatı keçirib
Azərbaycan və Rusiya "Sərhəd" əməliyyatı keçirib


Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il noyabrın 13-dən 19-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyatın əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn hərəkətlərin qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.

Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 35 şəxs tutulub, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 14, Gürcüstan Respublikası tərəfindən axtarılan 1 nəfər, dövlətə borclu qismində axtarılan 66 nəfər saxlanılıb, itkin düşmüş hesab edilən 2 nəfər tapılaraq ailələrinə təhvil verilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan 8 avtomat silahı, 6 tapança, 87 yivli və yivsiz tüfəng, 34 əl qumbarası, 30 ədəd silah sandıqçaları, 23 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 1 partlayıcı maddə, 1 qumbaraatan və 6120 müxtəlif çaplı patron götürülüb, narkotiklərlə əlaqədar 4 fakt aşkar olunub.

Bundan başqa, tədbirlər zamanı Balakən rayonunda 8, Quba rayonunda 4, Qəbələ rayonunda 3, Xaçmaz rayonunda 2, Şəki rayonunda 1 fakt olmaqla qanunsuz odlu silah gəzdirmə, oğurluq və digər cinayətlərin açılması təmin edilib.

Belə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница