16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Şəmkirdə qıza görə oğlanın gözünü çıxardılar

Şəmkirdə qıza görə oğlanın gözünü çıxardılar
Şəmkirdə qıza görə oğlanın gözünü çıxardılar


Şəmkirin Qaracəmirli kəndində sevgilisinə görə başqa şəxs tərəfindən döyülən gənc kor olub.

BAKU.WS bakupost.az-a istinadən xəbər verir ki, bu barədə zərərçəkmiş Elnur Həsənovun atası Eldar Həsənov məlumat verib. O bildirib ki, oğlu 2 ay əvvəl dostları ilə söhbət etdiyi vaxt həmkəndlisi, 37 yaşlı Turan İbrahimov qırmızı "VAZ 21 011" markalı avtomobillə ona yaxınlaşıb. T.İbrahimov E.Həsənovu aldadaraq, dostlarının yanından uzaqlaşdırıb və kənddən çıxarıb: "Turan kənddən uzaqlaşdıqdan sonra oğluma deyib ki, sən mənim dostumun sevdiyi qızın şəkillərini yaymısan, buna görə cavab verəcəksən. Elnur da nədən söhbət getdiyini bilmədiyini, heç kimin şəklini yaymadığını deyib. Turan ona deyib ki, düş maşından danışaq. Oğlum maşından çölə çıxan kimi İsa Xəlilzadə adlı gənc beyzbol ağacı ilə onun ayağından vurub. Bundan sonra Turan oğlumu tutub ki, İ.Xəlilzadəyə müqavimət göstərə bilməsin. 20 yaşlı İsa əlindəki ağacla oğlumun gözünə vuraraq hadisə yerindən qaçıb".

Elnur Həsənov onu xəstəxanaya çatdırması üçün T.İbrahimova yalvarıb, lakin yalvarışları nəticəsiz qalıb. T İbrahimov onu evinə gətirərək, ata-anasına daşla vurulduğunu deyib: "Bizi də aldatdı. Sonra bildik həqiqəti. Hadisəylə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdik".

Hadisədə təqsirli bilinən İ. Xəlilzadə saxlanılıb. Lakin Elnur Həsənovun ailəsi Turan İbrahimovun da saxlanılmasını tələb edir.

Eldar Həsənov hesab edir ki, T.İbrahimov bu işdə vasitəçi olduğu üçün, o da ittiham edilməlidir: "Turan İbrahimovla bağlı bütün aidiyyəti qurumlara müraciətlər etmişəm. 37 yaşlı Turan oğlumu ora aparmasaydı, bu hadisə də baş verməzdi. Amma Turanı istintaqdan kənar saxlayıblar. Qızın ailəsi də həmin şəxslərin cəzalandırılmasını istəyir".

Zərərçəkənin atası oğlu Elnurla kənddəki Gülnaz Ağayeva (ad şərtidir - red.) arasında sevgi münasibəti olduğunu təsdiq edib: "Oğlumla o qız bir-birini sevir. Qız öz şəkillərini oğluma göndərib. Oğlum isə şəkillər olan "flash" kartı itirib. Tapan oğlan da qızın şəkillərini yayıb. O oğlan da tapılıb və ifadəsi alınıb. Amma istintaq şəkilləri oğlumun yaydığını sübut etməyə çalışır. Hətta Gülnazı da məcbur ediblər ki, şəkillərini Elnurun yaydığını desin. İsa Xəlilzadənin bu hadisəni törətməsinə səbəb isə Gülnazı sevməsidir".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница