16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Polisə rüşvət verərək piramidaya qalxan ilk türk başına bəla açdı - VİDEO

Polisə rüşvət verərək piramidaya qalxan ilk türk başına bəla açdı - VİDEO
Polisə rüşvət verərək piramidaya qalxan ilk türk başına bəla açdı - VİDEO


Fatih Kömürcü adlı türkiyəli gənc çox çılğın bir addım atıb. BAKU.WS Bizimyol.info-ya istinadən xəbər verir ki, Misirə gedən gənc, Mikarinos piramidasına qalxmaq istəyib. Polislər tərəfindən daima nəzarətdə olan piramidaya qalxmaq heç də asan olmayıb.

Bir neçə saat piramidaya qalxmağın yollarını axtaran Fatih, sonda polislərdən birinə rüşvət təklif edib. Fatih polisə aşağı endikdən sonra 100 Misir Poundu verəcəyinə söz verib. Piramidaya qalxan gənc, ən uc nöqtədən görüntülər çəkib. O, 3 dəqiqə ərzində piramidaya qalxıb.

Aşağı endikdən sonra ərazidən uzaqlaşan Fatih, hotelə gedib və kiçik bir araşdırma aparıb. Məlum olub ki, Xeops piramidasına indiyə kimi cəmi 2 nəfər qalxa bilib. Onlardan biri rus, digəri isə alman olub.

Piramidaya qalxan ilk türk olmaq istəyən Fatih, planını dostu Ferdiyə danışıb. Bir gün sonra piramida yaxınlarına gələn türk gənclər, planlarını gerçəkləşdirməyə başlayıblar.

Piramidaya qalxan gənclər bir çox şəkil çəkə biliblər. Lakin aşağı endikdən sonra onlar həbs olunublar. İfadə verən gənclərin çəkdiyi görüntülərin hamısı silinib. Vəkilin köməkliyi ilə gənclər sərbəst buraxılıb.

Fatih evə qayıtdıqdan sonra silinmiş görüntülərin bəzilərini geri qaytarmağı bacarıb.

BAKU.WS həmin görüntüləri təqdim edir:



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница