16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıda qız ikinci görüşdə zorlandı

Bakıda qız ikinci görüşdə zorlandı
Bakıda qız ikinci görüşdə zorlandı


Bakı sakini 1989-cu il təvəllüdlü Q.M. oktyabrın 20-də Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət edib.

Bu barədə May.Az "Sputnik Azərbaycan”a istinadən xəbər verir.

Gənc qız şikayət ərizəsində bildirib ki, oktyabrın 19-u saat 18:00 radələrində tanışı Nizami (soyadı və atasının adı istintaq maraqlarına görə açıqlanmır) onu aldadaraq Cavadxan küçəsi ev 29 mənzil 74 ünvanına aparıb və zorlayıb.

İstintaqla məlum olub ki, Q.M. bundan əvvəl Nizami ilə bir dəfə görüşüb. İkinci görüşdə isə Nizami qıza təcavüz edib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər bir neçə dəfə məhkum olunmuş Nizami Xırdalan şəhərində saxlanılıb.

Q.M. bildirib ki, Nizaminin əvvəllər məhkum olması barədə xəbəri olmayıb. Zərər çəkən şəxsin sözlərinə görə, Nizami onu mənzilə sakit bir yerdə söhbət etmək üçün dəvət edib. Burada isə Nizami qızı öldürməklə hədələyərək onunla cinsi əlaqədə olub.

Saxlanılan şəxs barədə cinayət işi qaldırılıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница