16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakı metrosuna "bomba qoyan" şəxs: "Sərxoş idim"

Bakı metrosuna "bomba qoyan" şəxs: "Sərxoş idim"
Bakı metrosuna "bomba qoyan" şəxs: "Sərxoş idim"


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilərəkdən yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

May.Az qafqazinfo-ya istinadən bildirir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası olub. Dövlət ittihamçısı ittiham aktını elan edib. F.İsmayılov isə özünü təqsirli bilmədiyini deyib.

O bildirib ki, polisə zəng edən zaman içkili olub: "Sərxoş olmuşam, amma bomba qoyacağımı deməmişəm. Sadəcə, metronu partladaram demişəm. Polisə zəng edib xəstəxananın nömrəsini istədim, ordan da mənə dedilər 104-ə zəng elə".

Şahid qismində sərbəst ifadə verən polis kapitanı Arzu Tağıyev deyib ki, Fəqani İsmayılov tərəfindən metro stansiyasına bomba qoyulacağı barədə məlumat daxil olub: "Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni araşdırdılar və sonra bu adamı həbs etdilər".

Digər polis əməkdaşı Zöhrab Səlimov da həmkarının dediklərini təsdiqləyib.

Sonra təqsirləndirilən şəxsin 102 xidməti ilə telefon əlaqəsinin səs protokolu elan olunub.

Məhkəmə prosesi oktyabrın 12-də davam etdiriləcək.

Qeyd edək ki, F.İsmayılov Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница