16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıda kişi arvadını vəhşicəsinə döyüb əvvəl kolluğa, sonra xəstəxananın həyətinə atdı - Qadın öldü

Bakıda kişi arvadını vəhşicəsinə döyüb əvvəl kolluğa, sonra xəstəxananın həyətinə atdı - Qadın öldü
Bakıda kişi arvadını vəhşicəsinə döyüb əvvəl kolluğa, sonra xəstəxananın həyətinə atdı - Qadın öldü


Bakıda həyat yoldaşı tərəfindən döyülən qadın xəstəxanada ölüb.

Report-un məlumatına görə, hadisə üç gün bundan öncə, dekabrın 26-da paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.

Belə ki, 24 yaşlı Nuranə Əliyevanı döyən həyat yoldaşı onu ağır vəziyyətdə heç kimin görməməsi üçün yol kənarındakı kolluğun içərisinə atıb. Lakin bir müddət sonra geri dönərək, N.Əliyevanı 3 saylı Şəhər Klinik Xəstəxanasının həyətinə gətirib və tibb işçilərinə təhvil vermədən hadisə yerindən uzaqlaşıb.

Növbədə olan tibb işçiləri qadını dərhal xəstəxanaya gətirib, müvafiq tibbi yardım göstəriblər.

Palataya köçürülən qadına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Lakin həkimlərin səyinə baxmayaraq, N.Əliyeva bu gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница