Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Hava 3

Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Milli Hidrometeorologiya Xidmətinin avqustun 26-sı saat 9:00-a olan məlumatına əsasən, axşam və gecə bəzi yerlərdə arabir qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Zaqatalada (Əlibəy) 4 mm, Gədəbəydə 3 mm, Qax, Lerik, Mingəçevirdə 2 mm, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Şəki, Qobustan, Quba, Qusar, Şahdağ, Şabran, Altıağac, İsmayıllı, Şamaxı, Ağsu, Xaltan, Qrız, Xınalıq, Tovuz, Yevlax, Göyçay, Kürdəmir, Astara, Daşkəsəndə 1 mm-dək olub.

Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR və Aran rayonlarında 38, dağlıq rayonlarda 28 dərəcəyədək isti qeydə alınıb.




Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив