22:45 Samirə Əfəndidən onu tənqid edənlərə cavab: "Peşman deyiləm" 22:44 Maşın bazarının Ağdama köçürülməsi xəbərinə - RƏSMİ REAKSİYA 22:39 Cənubi Qafqaz statistikası: Ən aşağı işsizlik göstəricisi Azərbaycanda 22:37 Uçuş zamanı bu kitablar narahatlığı aradan qaldırır 22:35 "Soyuq Əllər, İsti Ürək" yarmarkası bu gün AÇILIR 22:34 Azərbaycanlı müğənni yutubdan bir aya 28 900 AZN qazanıb 19:11 Pulumuzu hansına çevirək, DOLLAR, QIZIL, DAŞINMAZ ƏMLAK? - ekspert açıqladı 19:10 Koronavirus yenidən YAYILIB? - infeksionist AÇIQLADI 19:08 Bu rayonlarda torpaqlar ucuz qiymətə satışa çıxarıldı - SİYAHI 19:06 ABŞ-li jurnalist qadın: "Ağ Ev Makronun mənə qarşı sui-qəsd cəhdində iştirakını təsdiqlədi"

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
Sabaha olan hava proqnozu açıqlandı


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 9-12° isti, gündüz 16-20° isti, Bakıda gecə 10-12°, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница