07:47 Azərbaycana yeni BYD-lər gəlir 18:53 Məşhur müğənni Britni Spirs bir daha çıxış etməyəcəyi ölkənin adını çəkdi 18:52 Hər gün əlinizdə bakteriyalar çoxalır - təhlükə XƏBƏRDARLIĞI 18:51 Mütəxəssislər gecə Wi-Fi-ni söndürməyi məsləhət görür 18:50 Sarımsağı soyuducuda saxlamaq olarmı? 18:49 Radiatorlar niyə yavaş-yavaş qızır və bunu necə düzəltmək olar? 18:49 Üzünüzü camaşır sabunu ilə yusanız, dərinizdə nə baş verir? 18:48 Qədim adət-ənənələr: Gəlini valideyn seçərdi, yayda toy olmazdı, məclisə pul yazdırmazdılar 18:47 Mirasa görə atasını BALTALADI: adını oğluna qoymuşdu 18:46 Yumurtanı və südü belə saxlamaq OLMAZMIŞ

Maşın bazarının Ağdama köçürülməsi xəbərinə - RƏSMİ REAKSİYA

Maşın bazarının Ağdama köçürülməsi xəbərinə - RƏSMİ REAKSİYA

Bakıdakı maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı xəbərlərə rəsmi reaksiya verilib. 


BAKU.WS xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətindən "Qafqazinfo"yo bildirilib ki, RİH-ə aid hissədə belə bir bazarın inşası nəzərdə tutulmayıb.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi isə məlumatın həqiqətə uyğun olmadığını açıqlayıb: "Bu, feyk xəbərdir. Maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı məlumat yoxdur".

Qeyd edək ki, Bakıdakı maşın bazarının köçürüləcəyi haqda məlumatda belə əsaslandırılır ki, avtomobil bazarı və logistika infrastrukturunun qurulması Ağdamı ölkənin dinamik iqtisadi zonalarından birinə çevirəcək. Həmçinin bura Cənubi Qafqazda aparıcı avtomobil ticarət mərkəzi olacaq, region ölkələri ilə avtomobil və ehtiyat hissələri ticarətində tranzit rolunu gücləndirəcək.

***08:51

İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri davam edir.

Görülən işlər ölkənin iqtisadi, sosial və strateji inkişaf xəritəsində yeni mərhələnin əsasını qoyub. Regionun inkişafı üçün dövlət tərəfindən planlı siyasət həyata keçirilir. Əsas məqsəd bölgələrin daha innovativ, dayanıqlı və regionda rəqabətqabiliyyətli iqtisadi zonalara çevrilməsidir.

BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, strateji qərarlardan biri kimi ölkənin ən böyük avtomobil bazarının Ağdama köçürülməsi planlaşdırılır.

Plan Ağdamın regional ticarət və logistika mərkəzinə çevrilməsi, işğaldan azad edilmiş bölgələrə yeni iqtisadi axının yaradılması, nəqliyyat infrastrukturunun gücləndirilməsi və yeni sahibkarlıq fəaliyyəti və məşğulluq imkanlarının artırılmasına xidmət edir.

Ağdamda formalaşacaq bazar Cənubi Qafqazın və regionun ən böyük və nüfuzlu avtomobil bazarlarından biri olmağa namizəddir.

Bu sürətli dinamika bölgənin iqtisadi inkişafına töhfə verəcək.

Yeri gəlmişkən, Azərbaycanın işğaldan azad edilmiş hər bir rayonu özünəməxsus coğrafi, iqtisadi və mədəni xüsusiyyətlərinə əsaslanaraq fərqli inkişaf modeli ilə layihələndirilir.

Kəlbəcərin zəngin təbiəti, mineral suları, dağ mənzərələri və təbii ehtiyatları onu gələcəkdə nəinki ölkənin, iddialı şəkildə demək olar ki, regionun ən gözəl turizm zonalarından biri kimi formalaşdırır. Burada sağlamlıq turizmi, ekoturizm və dağ turizmi üzrə ixtisaslaşmış komplekslərin yaradılması planlaşdırılır.

Hər bir işğaldan azad edilmiş rayonun özünün iqtisadi funksiyası olacaq. Bu isə bölgələr arasında balanslı və rasional iqtisadi sistemin qurulmasını təmin edir.

Ağdamda salınacaq avtomobil bazarı və logistika infrastrukturu şəhəri ölkənin ən dinamik iqtisadi zonalarından birinə çevirəcək.

Bu zona Cənubi Qafqazda aparıcı avtomobil ticarət mərkəzi olacaq. Region ölkələri ilə avtomobil və ehtiyat hissələri ticarətində tranzit rolunu gücləndirəcək.

Xüsusilə, Ələt Azad İqtisadi Zonasının aktiv fəaliyyətə başlamasından sonra Azərbaycanın ticarət, logistika və sənaye ekosistemində tamamilə yeni əlaqələr formalaşacaq. Ağdamdakı yeni bazarın bu ekosistemə inteqrasiyası ölkə üzrə ticarət xəritəsini daha da genişləndirəcək.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница