16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Müəllimlər vahid formaya keçə bilərmi?

Müəllimlər vahid formaya keçə bilərmi?

Müəllim müstəqil, ali təhsilli insandır. O, ciddi, səliqəli və təvazökar görünməlidir. Lakin bəzi ümumtəhsil müəssisələrində müəllimlərin geyimi yetərincə qənətbəxş sayılmır. Bu halda isə Azərbaycan müəlliminin vahid forma sisteminə keçməsinə ehtiyac varmı, sualı yaranır.

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, müəllimlərin vahid formaya keçməsinin üstünlükləri çoxdur:

"İlk növbədə peşəkar məsuliyyəti artırır, onların davranışlarına nizam gətirir. Lakin Azərbaycanda müəllimlərin vahid formaya keçməsi bir az mübahisəli məsələdir. Çünki bəzi müəllimlər vahid geyim formasını hüquqlarının məhdudlaşdırılması kimi başa düşür. Digərləri isə vahid formanın monotonluq yaradacağını düşünür. Hesab edilir ki, bu hal şagidlərdə göz yorğunluğu yarada bilər.

Müəllimlər vahid formaya keçə bilərmi?

Bir şeyi də unutmamalıyıq ki, şagirdlər müəllimlərdən səliqəli geyinməyi və xüsusi geyim tərzinə sahib olmağı da öyrənir. Bu baxımdan qarşıdakı müəllim standart forma geyinərsə, şagird geyim stilinin necə olmasını kənarda öyrənəcək və bu da yaxşı nəticələr verməyəcək. Bu peşənin sahibləri geyimi ilə deyil savadı, bilik öyrətməsi və şəxsiyyət kimliyi ilə tanınmalı, hörmət edilməlidir. Hazırki müasir dövrümüzdə Azərbaycan məktəblərində vahid formaya keçmək bizə heç nə verməyəcək. Lakin, müəllim məktəbə gəldiyini unutmadan səliqəli, zövqlü və təmiz geyinməlidir. Bir sözlə, müəllimin xüsusi geyim tərzi olmalıdır".


Mənbə: https://big.az/540490-muellimlerin-vahid-formaya-kecmesine-ehtiyac-varmi-aciqlama.html

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница