16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Məktəbli yarmarkalarına BU TARİXDƏN start veriləcək – Haralarda olacaq?

Məktəbli yarmarkalarına BU TARİXDƏN start veriləcək – Haralarda olacaq?

Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Ona görə də valideynlər artıq alış verişə başlayıb. Bakı Şəhər İcra Hakimiyyəti valideynlərin rahatlığını və qiymətlərdə rəqabət mühitini təmin etmək məqsədi ilə paytaxtın müxtəlif ərazilərində məktəbli yarmarkalarının təşkilinə başlayıb.
Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentindən bildirilib ki, ənənəvi olaraq hər il təşkil edilən yarmarkalar bu ildə fəaliyyətdə olacaq.
Artıq ictimai gediş-gəlişin çox olduğu yerlərdə, xüsusən metro çıxışlarında yarmarkaların təşkilinə başlanılıb. Həftənin sonuna kimi bütün hazırlıq işləri başa çatdırılacaq.
Yarmarkalar bir ay müddətində fəaliyyət göstərəcək. Burada məqsəd yeni tədris ili ərəfəsində orta məktəb şagirdlərinin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir.
Yarmarkalar üçün qurulan çadırlarda məktəblilər üçün lazım olan bütün ləvazimatlar - kitab, dəftər, qələm, karandaş, çanta və digər məhsullar satılacaq. Yarmarkalar vahid mərkəzdən idarə olunacaq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qiymətlərə və xidmətə nəzarət ediləcək. (bizim.media)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница